İranın xarici işlər naziri Abbas Əraqçı 63 yaşında ata olduğunu açıqlayıb.
Bakupost.az xəbər verir ki, o, yerli mediaya müsahibəsində bu barədə danışıb.
Nazir yeni doğulan qız övladının adını açıqlamayıb:
“Qızımın adının o qədər də əhəmiyyəti yoxdur, önəmli olan odur ki, o, İran övladıdır və Həzrət Zəhranın nəslindəndir”.
Qeyd edək ki, körpə XİN başçısının ikinci həyat yoldaşı Arzu Əhmədvənddən dünyaya gəlib.
Aysel,
Bakupost