Ru
14:44 / 08 Oktyabr 2021

Nazirin qalmaqala səbəb olan açıqlaması: Əslində, Əmrullayev nə demişdi?

5875
“Ümumi təhsil haqqında” qanuna görə biz artıq iki ildir ki, 12 illik təhsilə keçid etmişik”


Niyazi Şərifsoy
Təhsil naziri Emin Əmrullayevin Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumdakı çıxışı son günlər təhsil ictimaiyyətinin müzakirə mövzusuna çevrilib.


Həmin Forumu canlı dinləsəm də, nazirin fikrini daha da dəqiqləşdirmək üçün bir neçə dəfə təkrar qulaq asmalı oldum. Gəldiyim qənaət odur ki,nazir çıxışında məktəb yaşının endirilməsi deyil, öyrənmə prosesinin daha erkən yaşda başlamasının vacibliyini qeyd edir. Bu isə normalda məktəbəqədər öyrənmənin yaşına aiddir. Nazir çıxışında 1-5 yaşlıların uşaq bağçalarındakı inkişafından söz açarkən bildirir ki, 1-5 yaşlıların cəmi 1/3-i uşaq bağçasına gedir. Çıxışda nazir “erkən uşaq inkişafı və məktəbə başlama” ifadələrini ayrı-ayrılıqda söyləyir. Emin Əmrullayev çıxında hətta 6 yaşından məktəbə başlamağın gec olmadığını da xüsusi vurğulayır. Maraqlananlar youtube vasitəsilə Təhsil nazirinin çıxışını təkrar dinləyə bilər. Bir məsələni də nəzərə alaq ki, çıxışlar tərcümə olunurdu.

Nazirin bu çıxışından sonra mediada ümumi təhsilin müddəti ilə bağlı fikirlər səslənir. Təhsil ekspertləri, deputatlar və digərləri bu çıxışı əsas götürərək gələcəkdə 12-13 illik təhsilə keçiddən danışır. Fikir bildirənlər elə hesab edirlər ki, nazir məktəb yaşının daha erkən 3-4 yaşdan başlması fikirindədir. Mən, Təhsil nazirinin çıxışnda bu fikirdə olduğu qənaətində deyiləm. Yuxarıda da qeyd etdiyim kimi, məncə, nazir erkən uşaq inkişafından danışanda məktəbi deyil, uşaq bağçalarını nəzərdə tuturdu.


Diqqətə çatdırmaq istəyirəm ki, 2019-cu ildə qəbul olunmuş “Ümumi təhsil haqqında” qanuna görə biz artıq iki ildir ki, 12 illik təhsilə keçid etmişik. Həmin qanunun 13-cü maddəsində “Ümumi təhsilin təşkili” bölməsində 13.3 maddədə qeyd olunur ki, Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.


Qanun maddəsində qeyd edildiyi kimi, əgər məktəbəhazırlıq ümumi təhsil pilləsinin ilkin mərhələsi hesab edilirsə, deməli, ölkəmzidə uşaqların məktəbə ilk addımı 5 yaşdan başlayır və bununla da biz 12 illik təhsilə artıq keçid etmiş hesab olunuruq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər