Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv edilir.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.