Ru
11:47 / 03 Mart 2026

Neft durmadan bahalaşır – 100 dollar ssenarisi müzakirə edilir

Neft durmadan bahalaşır – 100 dollar ssenarisi müzakirə edilir
Eye

Dünya bazarında neft qiymətləri yüksəlişini davam etdirir. Investorlar ABŞ və İsrailin İrana qarşı hücumlarını davam etdirməsi və Tehranın qonşu ölkələrə qarşı hücumlarını sürdürməsi fonunda Yaxın Şərqdəki gərginliyi yaxından izləyir.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, İranın hücumları nəticəsində bölgədə enerji axını pozulub və qlobal neftin 20 faizinin Hörmüz boğazından keçdiyi üçün strateji marşrut faktiki olaraq bağlanıb. Bu da dünya bazarında enerji qiymətlərində ani artım və yeni enerji böhranı qorxularını artırıb. Hazırda “Brent” neftinin bareli 79,79 dollar, ABŞ xam nefti isə 72,69 dollar olub.

Yaxın Şərqdəki münaqişə fonunda bəzi analitiklər neftin 100 dollara qədər yüksəlmə riskini qiymətləndirir. İnvestorlar ani geopolitik gərginliyin bazarda yarada biləcəyi dalğalanmaları diqqətlə izləyir: “Neft qiymətləri uzun müddət yüksək qalarsa, inflyasiya narahatlıqları artacaq”.

“Morgan Stanley” strateqləri 100 dollarlıq neft qiymətini və ya illik 75%-100% qiymət artışını mümkün ssenari kimi göstərir: “Hazırkı ABŞ iqtisadiyyatında neft qiymətlərinin artımı yalnız 120–130 dollar səviyyəsinə çatarsa, istehlak xərclərinə ciddi təsir göstərə bilər”.

Hörmüz boğazı uzun müddət bağlı qalarsa, 1973 və 1979-cu illərdəki enerji böhranlarını xatırladan vəziyyət yarana bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar