Ru
17:50 / 20 İyul 2026

Neftin qiyməti 140 dollara qalxacaq?

Neftin qiyməti 140 dollara qalxacaq?
Eye

ABŞ-nin İsraildə hərbi qüvvələrini gücləndirməsi və İrana qarşı mümkün hərbi əməliyyatlar neft bazarını yenidən canlandırıb. Bəzi analitiklər bu halda neftin qiymətinin 130-140 dollara qədər yüksələ biləcəyini istisna etmirlər.

Mövzu ilə bağlı “BakuPost”a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, bu real görünmür.

Onun sözlərinə görə, ABŞ-İran qarşıdurması başlayandan bəri Brent markalı neft yalnız bir gün 126 dollara yüksəlib. Mart ayında orta qiymət 103 dollar, apreldə 109 dollar, mayda 106 dollar, iyunda isə 93 dollar olub.

“İnanmıram ki, neftin qiyməti 130-140 dollara çatsın. Hazırda bazar iştirakçıları İran-ABŞ qarşıdurmasını qısamüddətli risk kimi qiymətləndirirlər. Neftin qiyməti 90 dolları keçsə də, yenidən 88 dollara qədər geriləyib”, – deyə ekspert bildirib.

İlham Şabanın fikrincə, İranın Hörmüz boğazını tam bağlaması da real görünmür və bu barədə yayılan məlumatlar daha çox psixoloji təzyiq xarakteri daşıyır.

Ekspert əlavə edib ki, dünya bazarında neftin bahalaşması Azərbaycanın ixrac gəlirlərinə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, cari ildə neftin orta ixrac qiymətinin 75-80 dollar olması gözlənilir ki, bu da dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq qiymətdən yüksəkdir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar