Ru
10:03 / 21 May 2026

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi  - VİDEO
Eye

ABŞ Açıq Kubokunun dörddəbir final mərhələsində “Kolumbus Kru” komandası “Nyu-York Siti”ni 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “ScottsMiracle-Gro Field” stadionunda keçirilən qarşılaşmada oyunun taleyini Maks Arfsten həll edib.

Görüş uzun müddət qolsuz davam etsə də, futbolçu matçın sonlarına yaxın fərqlənərək, komandasına qələbə qazandırıb.

Qol epizodunda Azərbaycan millisinin üzvü Nəriman Axundzadə məhsuldar ötürmə müəllifi olub. O, sağ cinahdan topu Maks Arfstenə çatdırıb, futbolçu isə təxminən 17 metr məsafədən dəqiq zərbə ilə hesabı açıb.

Bu qələbə “Kolumbus Kru” üçün yeni baş məşqçi Loran Kurtuanın rəhbərliyi altında ilk uğur olub. Klub bir neçə gün əvvəl baş məşqçi Henrik Ridströmlə yollarını ayırmışdı.

“Kolumbus Kru” klub tarixində beşinci dəfə ABŞ Açıq Kubokunun yarımfinalına yüksəlib. Komanda bu mərhələdə sentyabr ayında “Orlando Siti” ilə qarşılaşacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar