Ru
10:50 / 01 Oktyabr 2025

Nəşriyyatlar nazirliyə qarşı: kitab sərgisi boykot olunur

Nəşriyyatlar nazirliyə qarşı: kitab sərgisi boykot olunur
Eye

“Biz illərdir Bakı Beynəlxalq Kitab Sərgisinə ölkənin ən böyük nəşriyyatlarından biri kimi qatılır, yüzlərlə müəllifin kitablarını təqdim edir, onlarla tədbir təşkil edir, minlərlə oxucu ilə görüşürük. Lakin təəssüf ki, hər il bu səylərimiz təşkilatçılar tərəfindən aqressiya ilə qarşılanır”.

Bakupost.az xəbər verir ki, bu fikirlər “Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsinin XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda qeyd edilir ki, bu il sərgidə “Qanun” nəşriyyatı və “Əli və Nino”ya ayrılan yerlər sonradan başqa təşkilatlara verilib:

“Keçən sərgidə yer haqqı üçün bizdən 13 min manat tələb olundu və sərgidən ziyanla çıxmış olduq. Bu il isə "Qanun"a və “Əli və Nino” kitab şəbəkəsinə sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, son anda bu yerlər başqa təşkilatlara verildi. Dünən gün ərzində Mədəniyyət Nazirliyinin müxtəlif məsul şəxsləri ilə (Xəyal müəllim, Vasif müəllim, Fərid müəllim və s.) davamlı danışıqlardan sonra söz verildi ki, əvvəlki yerimiz bərpa olunacaq. Lakin bu gün məlum oldu ki, həmin söz yerinə yetirilməyib. Baş verənlər yalnız “Qanun” və “Əli və Nino”ya qarşı deyil, ümumilikdə yerli müstəqil nəşriyyat sektoruna, oxuculara və müəlliflərə qarşı hörmətsizlikdir.


Biz aşağıdakıları bəyan edirik:

- Əgər bizə sərgidə ədalətli və uyğun yer təqdim olunmasa, sərgidə iştirakdan imtina edəcəyik;
- Nəzərdə tutulan təqdimat və müəllif görüşləri təxirə salınacaq;
- Müəlliflərimiz və oxucularımız qarşısında üzr istəyir, onlara bu tədbirləri daha münasib və peşəkar bir şəraitdə keçirməyə söz veririk.

Kitabı və kitab oxucusunu bir mədəni dəyər kimi görürük. Bu dəyərlərin tapdanmasına susmaq niyyətində deyilik”.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar