Rusiya Ukrayna məsələsi ilə bağlı nəticə verəcək danışıqlara hazırdır.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.
"Əlbəttə ki, Rusiya rəhbərliyinin həmişə vurğuladığı kimi, biz danışıqlar prosesinə, real təsirə, real nəticəyə səbəb olacaq əlaqələrə açığıq", - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, hazırda Amerika tərəfində dialoqa cavabdeh olan rəsmilər Yaxın Şərq münaqişəsində tam şəkildə iştirak edirlər.