Ru
11:43 / 30 Mart 2026

Növbəti hədəf bu ölkədir, dağılacaq - Tramp elan etdi

Növbəti hədəf bu ölkədir, dağılacaq - Tramp elan etdi
Eye

ABŞ prezidenti Donald Tramp Kubanın qısa müddət ərzində ABŞ üçün “növbəti ölkə” olacağını iddia edib.

Bakupost.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə bildirib.

“Növbəti Kuba olacaq. Bu, uğursuz bir ölkədir. Tezliklə dağılacaq. Və biz ona kömək etmək üçün orada olacağıq. Biz gözəl kubalı amerikalılarımıza kömək etmək üçün orada olacağıq”, - Ağ Ev rəhbəri qeyd edib.

Lakin Tramp Kubanın tənəzzüldə olduğunu söyləsə də, bununla bağlı ətraflı açıqlama verməyib.

Qeyd edək ki, yanvar ayında Tramp ABŞ-a Kubaya neft satan və ya tədarük edən ölkələrdən gələn mallara idxal rüsumları tətbiq etməyə icazə verən sərəncam imzalayıb. Venesueladan neft tədarükünün dayandırılması adada uzun müddətdir davam edən yanacaq çatışmazlığını daha da kəskinləşdirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar