Ru
09:15 / 08 Noyabr 2025

Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO

Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO
Eye

8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və "Times" meydanındakı ən hündür göydələndə Azərbaycan bayrağı proyeksiya edilib.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

İşıqlandırma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 02:00) başlayıb və hər 5 dəqiqədən bir təkrarlanmaqla 8 saat davam edəcək. Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş işıq şousu şəhərin müxtəlif nöqtələrindən görünən möhtəşəm mənzərə yaradıb.

Aksiya çərçivəsində Nyu-York sakinləri və turistlər Azərbaycan bayrağının proyeksiya olunduğu binaları böyük maraq və heyranlıqla izləyiblər.








Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar