İşdən çıxarılan məktəb direktoru məhkəməyə müraciət edərək işinə bərpa olunmasını istəyib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbin direktoru olmuş Gültəkin Quliyeva məhkəməyə müraciət edərək, işə bərpa edilməsini və işsiz qaldığı dövr üçün əməkhaqqının ödənilməsini tələb edib.
İddiaçı bildirib ki, o, 2019-cu ildə M.Hüseynzadə adına 3 saylı məktəbə direktor təyin edilib. Bundan əvvəl isə 2013–2019-cu illərdə Mingəçevir şəhər 19 saylı məktəbin direktoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, hər iki məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə nail olub.
Gültəkin Quliyeva qeyd edib ki, dünya görüşünə və rəhbərlik təcrübəsinə görə 2024-cü ildən seçki məntəqəsi sədrliyinə cəlb edilib. Seçki məntəqəsi sədri kimi fəaliyyət göstərdiyi müddətdə əmək qanunvericiliyinə əsasən onun iş yeri və əməkhaqqısı saxlanılmalı olduğu halda direktor vəzifəsindən azad edilib.
İddiaçı bunu qanunsuz hesab edərək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzi Regional Təhsil İdarəsinin işdən çıxarılma barədə əmrin ləğvini, əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işsizlik dövrünə görə əməkhaqqının ödənilməsini tələb edib.
Təhsil idarəsi isə direktorun pensiya yaşına çatmasını əsas gətirərək, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə işdən azad edib.
Yevlax Rayon Məhkəməsi Gültəkin Quliyevanın iddiasını təmin etməyib.
Hay bərabər ədalətli insan-vətəndaş hüququ qanunçusu Milli Məclis, a)Nədən, seçki məntəqəsinə kollektivin 1ci rəhbər-direktor təyin edilir; b)Dövlət-ictimai tədbirinə qatılan razılıqsız işdən azad edilə bilərmi? d)Yaşa (qocalığa) görə təqaüd (pensiya) əmək qabiliyyətinin aşağı düşmə-itirilməsinə təzminat kimi verilir və bu adətən ağır fiziki fəhlə, becərmə, yükləmə və digər işçilərdə müşahidə olunur? Yaşın bitməsi işdən çıxarma üstdən göstərişlə deyil, yalnız əmək komissiyasının əsaslı təsdiqi ilə və ya razılıqla ədalətlidir? Aylarla, illərlə Əmək haqqları gecikdirilənlər nədən İşəgötürənin işçisinə yazddığı məvacibin təkrar təsdiqi üçün məhkəməyə müraciət etməlidir və heç bir hüquq orqanı İşəgötürən və ya dələduz-şəbəkədən ziyan-zərər çəkmişin haqqını birbaşa ödətdirmə və alıb-vermə haqq-hüququna malik deyil? İşçilərin maaşlarını aylarla ödəməyən neçə MMC İH Sədri, ya direktor işdən azad edilib? Neçəsi elə həmin məbləğləri də özəl qurumlarına mənimsəyib, iri-milyoner sahibkar olublar? Təbii, dosializmdən fərqli-yeni ÖzƏl iqtisadiyyat iri özəl-hətta milyarder kapital sahibkarlarını istisna deyil, təşviq edir! Əmma, halalına olsun!? Yoxsa, elə hamısı R.M. halalına razılıqla veriblər deyə bilərlər?