Ermənistanın eks-prezidenti Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı detallar açıqlanıb.
Bakupost.az xəbər verir ki, Sərkisyanın noyabrın 8-də şəxsi səbəblərdən xaricə getməyi və 8-9 günə geri qayıtmağı planlaşdırdığı, lakin bu planın baş tutmadığı bildirilib.
Erməni mediasının yazdığına görə, ölkənin üçüncü prezidenti artıq bilet aldığını açıqlasa da, noyabrın 5-də prokurorluq tələsik ölkədən çıxışa qadağa qoyulması üçün məhkəmə qarşısında vəsatət qaldırıb.
Məhkəmə vəsatətləri iki dəfə rədd edib. Bundan sonra S.Sərkisyan yeni cinayətlərdə ittiham olunub və ona Ermənistanı tərk etmək qadağan edilib.