Ru
09:22 / 10 Yanvar 2026

Ödənişli parkinqdə avtomobilə dəyən ziyan niyə qarşılanmır? – VİDEO

Ödənişli parkinqdə avtomobilə dəyən ziyan niyə qarşılanmır? – VİDEO
Eye

Vətəndaş parklanma üçün ödəniş edir, lakin parkinqdə avtomobilinə dəyən zərərə görə heç bir təminat almır.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisdə gündəmə gətirilib. Bildirilib ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Bəs hazırda ödənişli parklanma xidmətinin sığorta mexanizmi necə işləyir?

Sığorta eksperti Vüsal Bədəlov bildirib ki, hazırda parkinq ərazisində olan avtomobilə dəymiş zərər kasko sığorta müqaviləsi əsasında təmin edilir. Lakin dəymiş zərərə görə məsuliyyəti parkinq operatoru daşımır.

Ekspert bildirib ki, parkinq operatorları kiçik məbləğ qarşılığında faəliyyət göstərdiklərindən zərər görən onlarla nəqliyyat vasitəsinin xərcini qarşılamaları real görünmür. Lakin bunu sığorta müqaviləsi əsasında edə bilərlər.

O da bildirilib ki, hazırda yerli sığorta bazarında avtomobillərin sırf parklanma halındaykən qarşıya çıxa biləcək risklərə və yaranacaq zərərlərə münasibətdə mülki məsuliyyət sığortası ilə bağlı ayrıca məhsul yoxdur.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar