Ru
11:54 / 11 Sentyabr 2019

Oğlu ölən ana fəryad etdi: “Vaxtında aparılsaydı...” - MƏHKƏMƏ

4223

Adam öldürməkdə təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə mərhumun anası ifadə verib.


Oğlu ölən ana deyib ki, oğlu xəsarət alandan sonra vaxtında xəstəxanaya çatdırılsaydı, sağ qalardı. "Yanında olanlar saatlarla oğlumu Sumqayıtda gəzdirib, sonra Bakıda xəstəxanaya gətiriblər. 20 dəqiqə sonra isə deyiblər ki, Faiq ölüb. Heç olmasa, Sahib özü vurandan sonra xəstəxanaya aparaydı. Axı Sahib, niyə vaxtında xəstəxanaya oğlumu aparmadın?"


Təqsirləndirilən S.Nadirov deyib ki, Faiqinin xəsarətinin ağır olduğunu bilməyib.


Proses sentyabrın 20-də davam edəcək.


Qeyd edək ki, hadisə bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində baş verib. Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.


Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.


İlkin məlumata görə, tanışlar arasında dava qız üstündə baş verib.


Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər