Ru
12:28 / 19 Fevral 2020

Olanları ya döyüşdə itirdik, ya da vəzifədə... - Başçı haqda əsgər yazısı

6516

İçində Döyüşçü, İşində Başçı: Hərbi formasından Qarabağ QOXUSU gələn müharibə ADAMI


Kimləri tanımadıq – partiya və mandat, elm və sənət, hakimiyyət və müxalifət, xarici və daxili xüsusi xidmət orqanları, vəzifə və şöhrət adamları! Tanıdıqlarımız kim oldularsa da oldular, heç bir halda həm dövlət, həm də döyüş adamı olmadılar. Olanları ya döyüşdə itirdik, ya da vəzifədə! Sonacan qala bilmədi döyüş adamları... dövlət adamı olaraq! İçində döyüşçü olanlar da işində başçı ola bilmədi. Ürəyimizdə arzularımız çilik-çilik oldu, gözümüzdə ölkə-vətən torpaqları. Tamarzı qaldıq döyüşçü-komandir vətənə sədaqətli olduğu kimi, rəhbərə də sadiq əsgər olsun! Ya iddialarına məğlub oldular, ya da vəzifədə nəfslərinə uduzdular!

Həm düşmənlə, həm də düşməndən də düşmən nəfsiylə müharibədən diri çıxan çox az qəhrəman oğullarımız oldu. Onlardan birini də mən tanıyıram. Tanıtmaq istəyim də ondan yana ki...

İllərdir əynindən hərbi səhra formasını çıxarmayan icra başçısı Eyvaz Hüseynov əynində brend paltarlar, işində firmalı-formalı mebellerdən istifadə etmir, hətta xidməti maşını da göz oxşamır, göz qıcıqlandırmır.



“Dəbdəbəli həyat tərzi” ifadəsinin ona aidiyyəti yoxdu, xarakterinə yaddı ideologiyamızdan kənara çıxmaq, mental dəyərlərimiz xaricində nəfəs ala bilmir insan. O, müharibə adamıdır. Hər gün yuxudan oyananda qarşı tərəfdəki Tuğ dağına baxır, Şuşayla hava xətti 60 kilometr olan məsafəni baxışlarıyla ziyarət edir – hər səhərinin ilk nəfəsi Vətən üçün ahdır... müharibədən çıxmış, müharibə gözləyən bu adamın!

Haqqında keçmiş komandir kimi də, şərəfli ömür keçirən icra başçısı kimi də, səngərdə əsgərlərlə az qala hər gün bir yerdə olan Prezidentin əsgəri kimi də yazmaq olar. Müharibə vaxtı eyni evdən müharibəyə atılıb mühasirəyə düşən qardaşların böyük qardaşı kimi necə idisə, orda şəhid olan qardaşların anasına da, bacısına da, həyat yoldaşlarına indinin özündə də böyük qardaşdı Eyvaz Hüseynov!

Müharibə vaxtı barmaqla göstərilib bu ailə: bir evin beş oğlu silaha sarılıb döyüşür Qarabağda!

Qarşıdakı dağları - Sos, Qırmızı Bazar, Tuğ, - və Xocavəndin onlarca kənd və qəsəbə istiqamətini göstərib, bu dağlara baxıb ümidlə yaşayırıq. “Nə qədər ki, bu kəndləri azad eləməmişik, bizim müharibəmiz qurtarmayıb”, – vurğulayır vətənin keçmişində komandir, indi Başçı olan oğlu.

Müharibədən sonra da, hətta aprel əməliyyatında belə səngərdə əlində silah düşmənlə döyüşüb Eyvaz Hüseynov.

24 saat Qarabağı düşünən Prezidentin ən sadiq əsgəridi, nümayəndəsidi, icra başçısısdı Eyvaz Hüseynov.

2017-ci ilin fevral ayında düşmən tərəfin hücumunun qarşısı alınarkən pusquya düşüb şəhid olan 5 kəşfiyyatçımızla orda ölən, igidlərimzin neytralda qalan silahlarına baxıb ağlayan və bu günə qədər bəlkə də 2017 dəqiqə yatmayan adamdı Eyvaz Hüseynov.

Bəlkə də hər gün xəyallarının atıyla Dilqəmlə Şahbazı ziyarət edir bu adam Şuşa türməsində.



Türmə demişkən... torpaqlar işğaldan azad olmayınca, millət olaraq, hər birimizin fərd olaraq, içimizin türməsində olacağıq kimi düşünür bu adam!

Xocavənd və ona yaxın olan rayonlarda yerləşən hərbi hissələrdəki əsgərləri öz balası kimi sevir bu adam.

Ordusuna güvənən adamdı, Ali Baş Komandanına nümunəvi sədaqəti olan əsgərdi bu adam.

Ordusunu sevən və sevdirəndi. Sevdiyi və sevdirdikləri də onu - müharibə adamını sevir.

Onu nümunəvi insan kimi də sevmək olar, keçmiş komandir kimi də, şəhid qardaşı kimi də...

Sidq-ürəkdən demək istəyir adam: Siz həm də daha çox nümunəsiniz. Yaxın Şərq kişisinin klassik xüsusiyyətlərini özündə birləşdirən və həm də icra başçısı deyilən vəzifəni daşıyanların qiblə nümunəsi sayırıq sizi!

Ad günün mübarək, Müharibə adamı!

Müharibədə eyni səngəri bölüşüb düşmənə qarşı Sizinlə birgə döyüşməkdi arzum, əziz İnsan!

TƏBRİKƏ SÖZARDI: Ən gözəl brend paltarı Azərbaycan Ordusunun uniforması, ən qiymətli sərvəti işğal altından azad ediləcək vətən torpaqları olan Eyvaz Hüseynov üçün yaşamın bir məqsədi var: Qələbəyə həm Ali Baş Komandanı, həm də Prezidenti olan İlham Əliyev cənablarıyla qoşa çatmaq!

Vətənin bir canda iki oğlu – içində döyüşçü, işində başçı olan Eyvaz Hüseynova qoşa qələbələr arzu edirik: Ölkə və Vətən düşmənə qalib gəlsin, Xalq və Torpaq qalib olsun!

Aqil Alışov

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər