Ru
09:20 / 07 Fevral 2026

Ölümündən 2 gün əvvəl sərvətini ona bağışlayıb - Epşteynlə bağlı daha bir SENSASİYA

Ölümündən 2 gün əvvəl sərvətini ona bağışlayıb - Epşteynlə bağlı daha bir SENSASİYA
Eye

Dünya mediası Ceffri Epşteyn və onun Minskdə yaşayan sevgilisi Karina Şulyak ətrafında yaranmış hadisələri izləməkdə davam edir.


ABŞ Ədliyyə Nazirliyinin ötən həftə açıqladığı “Epşteyn işi” ilə bağlı son sənədlərdə bildirilir ki, o, ölümündən iki gün əvvəl sərvətinin böyük hissəsini o vaxtkı belaruslu sevgilisinə ötürən sənəd imzalayıb.

Bu barədə BBC məlumat yayıb.

Epşteynin Şulyaka vəsiyyət etdiyi məbləğin ümumilikdə təxminən 100 milyon dollar olduğu bildirilir.

“1953 Trust” adlı vəsiyyət sənədi açıq mənbələrdə yerləşdirilib və ABŞ hakimiyyət orqanlarının açıqladığı “Epşteyn işi” faylları arasında yer alır.

Pul vəsaitindən əlavə, Epşteyn Karina Şulyaka Little St. James və Great St. James adalarını, həmçinin təxminən 32,73 karatlıq qaşla bəzədilmiş brilyant üzüyü də miras qoyub.

Bundan başqa, daha əvvəl açıqlanan sənədlərə əsasən, Epşteyn 2016-cı ildə Belarus vizası üçün müraciət edib. Onun adından doldurulan anketdə səfərin məqsədi “investisiya məqsədilə biznes axtarışı” kimi göstərilib. Lakin onun Belarusda olub-olmadığı dəqiq məlum deyil.

Fayllar arasında Karina Şulyakın 24 aprel 2016-cı ildə Belarusun Nyu-Yorkdakı Baş Konsulluğuna göndərdiyi məktub da var. Məktubda o, Epşteyni Minskə dəvət edir və səfər zamanı onun ailəsi ilə birlikdə qalacağını bildirir.

Bundan əvvəl jurnalistlər Epşteynin Belarusa 10 və 20 min dollar məbləğində pul köçürdüyünü də yazıblar.

Məlumatda bildirilir ki, Karina Şulyak Belarus universitetlərindən birinin keçmiş tələbəsidir. Media onu Epşteynin sevgilisi kimi təqdim edir (onlar 2009-cu ildə ABŞ-də tanış olublar). “Daily Mail” daha əvvəl Epşteynin Şulyakın anasının bahalı müalicəsini ödədiyini və Minskdə yaşayan valideynlərinin evi üçün maliyyə dəstəyi göstərdiyini iddia edib.

“The New York Times”ın məlumatına görə isə Karina Şulyak maliyyəçinin ölümündən əvvəl zəng etdiyi son şəxs olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar