Tofiq Yaqublu palataya köçürüldü

  • 14 Sen 2020 12:59
  • 496 Baxış
Tofiq Yaqublu  palataya köçürüldü




Müsavat Partiyasının fəalı Tofiq Yaqublu yerləşdirildiyi "City Hospital" xəstəxanasında reanimasiyadan palataya köçürülüb.

"BakuPost"un məlumatına görə, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Onun sözlərinə görə, T.Yaqublu gecə sistem qoşularaq yatızdırılıb:

"Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirib".

N.Həzi əlavə edib ki, bu gün Ombudsman aparatından iki nümayəndə Tofiq Yaqubluyla görüşüb.

Qeyd edək ki, T.Yaqublu artıq 13 gündür aclıq etdiyini açıqlayıb. O iki gün əvvəl istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.




X