Alman avtomobil nəhəngi “Opel” 2005–2018-ci illərdə istehsal edilmiş “Astra”, “Meriva”, “Mokka”, “Vectra”, “Zafira”, “Cascada” və “Signum” modellərini geri çağırır. Səbəb, “Takata” şirkətinə məxsus hava yastıqlarındakı defektlərdir.
Bakupost.az xəbər verir ki, məlumata görə, yüksək temperatur və rütubət şəraitində hava yastığının qaz generatoru zədələnə bilər. Nəticədə, qəza zamanı hava yastığı yanlış şəkildə işə düşərək sürücüyə ciddi xəsarət və ya ölüm riski yarada bilər.
Avtomobil sahibləri avtomobilin VIN nömrəsini “Opel”in rəsmi saytında yoxlayaraq problemli hava yastığının olub-olmadığını müəyyən edə bilərlər.
Xatırladaq ki, “Takata” hava yastıqları ilə bağlı problemlər 2013-cü ildən etibarən dünya üzrə bir sıra istehsalçılarda narazılıq yaradıb. Eyni səbəbdən 2025-ci ilin sentyabr ayında “Honda” və “Acura” avtomobilləri də geri çağırılmışdı.
Cavid, BakuPost