Ru
14:31 / 25 Fevral 2026

4 ay əvvəl direktor təyin edildi - İşində qanunsuzluq aşkarlandı

4 ay əvvəl direktor təyin edildi - İşində qanunsuzluq aşkarlandı
Eye

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin "Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar" Məhdud Məsuliyyətli Cəmı̇yyəti (MMC) yeni direktoru cərimələnib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yer təkindən qanunsuz istifadəyə görə MMC-nin qanuni təmsilçisi və direktoru İmanov Hidayət Ədalət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) protokol tərtib edib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, Babək rayonunun Nəhəcir kəndində (Qahab bələdiyyəsinin mülkiyyətində olan ərazidə) "Naxçıvan Yol Təmı̇r Tı̇kı̇nti İstı̇sma" MMC-yə qarışıq süxurun götürülməsinə icazə verilib. Amma MMC tərəfindən həmin ərazidə ayrılmış sahədən 3100 m2 kənara çıxılaraq 6665 m3 qarışıq süxur götürüb və heç bir icazə almadan yer təkindən qanunsuz istifadə edib.

Məhkəmənin qərarı ilə Hidayət İmanov İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Naxçıvan Yol Təmir Tikinti İstismar MMC-nin direktoru Cəfər Muxtərov işdən çıxarılıb, yerinə Hidayət İmanov gətirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar