ABŞ ilə İran arasındakı gərginlik artarkən, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Yaxın Şərqdəki bazalarına 300-dən çox hərbi təyyarə göndərib.
Bakupost.az xəbər verir ki, açıq mənbələrdən əldə edilən məlumatlara görə, bu təyyarələr əsasən Qətərın “Əl-Übeydə”, İordaniyanın “Müvəffəq əl Salti” və Səudiyyə Ərəbistanının “Prins” hava bazalarında yerləşdirilib.
Bundan əlavə, bölgədə “USS Abraham Lincoln” və “USS Gerald R. Ford” təyyarə daşıyıcılarındakı hava qüvvələri də fəaliyyət göstərir. Yanvar ayından bəri “Patriot” və “THAAD” raketdən müdafiə sistemləri ilə dəstəklənən hava qüvvələrinin daşınması üçün təxminən 270 “C-17” və “C-5” uçuş həyata keçirilib.
Yaxın Şərqdə ABŞ hava qüvvələrinin inventarında “F-18”, “F-15”, “F-16” və “F-35” daxil olmaqla müxtəlif hücum və dəstək təyyarələri mövcuddur. Bu təyyarələr bütün ABŞ hava qüvvələrinin təxminən 70%-ni təşkil edir, qalan 30%-də isə elektron müharibə, yaxın hava dəstəyi və AWACS kimi xüsusi funksiyalı təyyarələr yer alır.
ABŞ hərbi toplaşmanın əsnasında İsrail də İran qarşı potensial əməliyyatlarda iştirak edə bilər. İsrailin hava qüvvəsində 66 “F-15”, 173 “F-16” və 48 “F-35” təyyarəsi var. Bundan əlavə, İsrail 12 “F-22 Raptor” qırıcı təyyarəsini ABŞ-dan alıb, bunlar düşmən ərazisinə sızma və hava müdafiə sistemlərini neytrallaşdırmaq üçün istifadə edilə bilər.
Ağ Ev sözçüsü Karolin Livitt bildirib ki, prezident Donald Trampın ilk seçimi diplomatiya olsa da, lazım gəlsə, ABŞ ordusunun gücündən istifadə etməyə hazırdır. Eyni zamanda, sabah Cenevrədə İranla ABŞ arasında üçüncü tur nüvə görüşlərinin keçirilməsi gözlənilir.
Cavid, BakuPost