Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.
Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.
Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.