Ru
16:32 / 25 Fevral 2026

Tanınmış cərrah stilistin yalanını üzə çıxardı – “Bu burunda dəyişiklik yoxdur?” - FOTOLAR

Tanınmış cərrah stilistin yalanını üzə çıxardı – “Bu burunda dəyişiklik yoxdur?” - FOTOLAR
Eye

Xəbər verdiymiz kimi, stilist-vizajist Emil Hacıyev ötən gün uğursuz burun əməliyyatlarından şikayətlənərək, adlarını çəkdiyi həkimləri ittiham edib.

E.Hacıyev 5 dəfə əməliyyat olunduğunu və onlardan 4-nün uğursuz nəticələndiyini bildirib.


Adıçəkilən LOR cərrahlardan biri, Emil Hacıyevi ilk əməliyyat edən həkim Hüseyn Məmmədov iddialarla bağlı saytımıza açıqlama verib və fotolar təqdim edib.

Bakupost.az xəbər verir ki, Emil Hacıyev 12 sentyabr 2017-ci il tarixində Stimul Hospitalda rinoseptoplastika əməliyyatı olunub.

Həkimin sözlərinə görə, pasiyentin burnu qalın dərili, böyük və ağır-travmatik idi. Həm də nəfəsalma ilə bağlı problemləri var idi.

Emil Hacıyevin burnunun 2017-ci ildə əməliyyatdan öncəki görünüşü


“Tərəfimizdən icra olunan əməliyyatdan sonra həm nəfəsalma, həm də estetik görünüşlə bağlı problemlər aradan qaldırılıb. Əməliyyatdan sonra pasiyentin müayinəsi aparılıb və müsbət geridönüşləri (foto və video üzərindən) alınıb.

Emil bəy son paylaşımında guya əməliyyatdan sonra burnunda heç bir dəyişiklik olmadığını qeyd edir. Lakin fotolara baxsanız görərsiniz ki, əvvəlki burunla müqayisədə necə dəyişiklik var. Qalındərili burunlarda sağalma dönəmi 2 ilə qədər çəkdiyinə görə diqqətinizə çatdıraq ki, bizlə paylaşdığı fotoda hələ dərilaltı şişkinliklər olub. Bununla belə pasiyent əməliyyatdan sonra çox razı olduğunu qeyd edib.

Paylaşıma gələn rəylərdə izləyicilərin “photoshop” edib paylaşmısız deyə atdığı rəylərə görə Emil bəyin göndərdiyi məmnuniyyət videosunu da təqdim edirik”.



Hüseyn Məmmədov bildirir ki, pasiyentlə əməliyyat qarşılığında heç bir əməkdaşlıq, reklam olmayıb. Yəni tam əməliyyat məbləği ödənilib və əməliyyata alınıb.

“Bundan bir müddət sonra Emil bəy burun ucunu daha da qaldırmaq, dik etmək üçün yenidən müraciət edib. Bu istəyin tibbi baxımdan məsləhətli olmadığını qeyd etsək də, pasiyentin istəyinə görə, yenidən müdaxilə ilə burun ucunu nisbətən daha dik etmişik.



Əməliyyatın 3 il sonra Emil bəy bundan da balaca bir burun forması istəyi ilə yenidən müraciət edib. Lakin bu müdaxilənin neqativ nəticələrini nəzərə alaraq, əməliyyatdan birmənalı olaraq imtina etmişik. Bundan sonra pasiyent müəyyən əməkdaşlıq qarşılığında digər həkimlərdə 3- 4-cü əməliyyatını elətdirib və nəticə də göz önündədir. Burunun hal-hazırda olan fotoları və bizdə əməliyyatdan sonrakı görüntüləri faktlarla ortaya qoymağı özümüzə borc bildik. Diqqətinizə çatdırırıq ki, burunda hal-hazırda olan kəskin problemlər bizdən sonrakı müdaxilələrdən sonra yaranıb.

İddiada qeyd etdiyi, birinci əməliyyatdan sonra burnumda əvvəlki ilə heç bir fərq olmayıb sözlərinin yalan olduğu isə tam ortadadır.

Hər bir həkimin həm uğurlu, həm də uğursuz əməliyyatları olur. Bizim də həmçinin ola bilər. Amma göz önündə olan reallıqları dəyişdirməklə insanlara, mətbuata yalan məlumat çatdırmaq qərəzdir və qanun pozuntusudur. Emil bəy bundan sonra yəqin ki, 5 yox, 6-7-dəfə əməliyyat olunacaq. Və eyni bu qayda ilə əməliyyat olunduğu həkimi pisləyib, növbəti həkimi tərifləyəcək. Özünün də videoda qeyd etdiyi ki, “hələ görək burnumun son halı necə olur””.

Aygün Musayeva, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar