Ru
15:30 / 25 Fevral 2026

Ukraynanın hücumu “Transneft”i iflic edib – Rusiyada gündəlik neft qəbulu 250 min barel azalıb

Ukraynanın hücumu “Transneft”i iflic edib – Rusiyada gündəlik neft qəbulu 250 min barel azalıb
Eye

Rusiyanın dövlətə məxsus “Transneft” neft boru kəməri şirkəti Ukraynanın pilotsuz uçuş aparatları (PUA) hücumundan sonra gündəlik neft qəbulunu təxminən 250 000 barel azaldıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki sənaye mənbəsinə istinadla məlumat verib.

Hücum fevralın 23-də gecə saatlarında Rusiyanın “Kaleykino” neft nasos stansiyasına edilib. Bu obyekt ölkənin enerji infrastrukturunda əhəmiyyətli paya malikdir və böyük neft axınlarının əsas paylayıcı nöqtələrindən biridir. Hücum nəticəsində stansiyada yanğın baş verib və 50 000 ton tutumlu iki rezervuar alovlanıb.

Kaleykino stansiyası “Drujba” neft kəmərinə neft ötürən əsas şaxələrdən biridir və buradan Belarus və Ukrayna vasitəsilə Mərkəzi Avropaya, eləcə də Novorossiysk və Primorsk kimi qərb limanlarına neft nəql olunur. Buna görə də hücum və qəbulun azalması Rusiyanın ixrac həcmi, eləcə də neftin keyfiyyətinə ciddi təsir göstərə bilər.

“Reuters”-in mənbələri qeyd edib ki, qəbulun azaldılması xüsusilə “Tatneft” şirkətinin hasilatına təsir edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar