Ru
14:12 / 25 Fevral 2026

Rusiyada daha bir zavoda PUA hücumu – 4 nəfər ölüb, 10-larla yaralı var

Rusiyada daha bir zavoda PUA hücumu – 4 nəfər ölüb, 10-larla yaralı var
Eye

Ukrayna ordusu Rusiyanın Smolensk vilayətindəki “Dorogobuj” kimya və mineral gübrə istehsalı müəssisəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Bakupost.az Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, hücum bu gün səhər saatlarında baş verib. Hücumdan sonra zavodda yanğın baş verib.

Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib ki, hücum zamanı zavodun dörd işçisi həlak olub. Onlarla insan – o cümlədən xilasetmə işçiləri və zavod əməkdaşları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gecə ölkə ərazisində 69 Ukrayna PUA-sı vurulub ki, onlardan 14-ü Smolenskdə düşürülüb.

“Doroqobuj” sənaye kompleksi əsasən azotlu və digər mineral gübrələrin istehsalı ilə məşğuldur. Bu məhsullar həm kənd təsərrüfatı, həm də bəzi hallarda hərbi sənaye üçün xammal kimi istifadə olunan komponentlərə daxildir. Bu da hücumun səbəbini ortaya qoyur.

Hadisə Smolenskdəki müəssisələrə qarşı baş verən ən ağır PUA hücumlarındandır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar