Ru
14:54 / 18 Dekabr 2019

Oqtay Əliyev Kərimi məhkəməyə verib

2123
“Soy production”ın rəhbəri Oqtay Əliyev müğənni Kərim Abasovu məhkəməyə verib.

Bu barədə sənətçi özü məlumat verib. O bildirib ki, Kərimin aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilib:

“Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraya almadı və rədd etdi. Qəribəsi bundadır ki, əgər, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Mənə kimsə “erməni” desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur. Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki? Oqtay müəllim, yazdığım sms-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz – sazan ayrı, pazan ayrı. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”.

Qeyd edək ki, Kərim E.Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər