Liviyanın Milli Birlik Hökuməti 6 noyabr tarixində 2015-ci ildə Beyrutda həbs edilən ölkənin sabiq lideri Müəmmər Qəddafinin oğlu Hannibalın azadlığa buraxıldığını elan edib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə "Livan 24" xəbər portalı məlumat yayıb.
"Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1969-2011) oğlu Hannibal Qəddafini həbsdən azad etdi və ona tətbiq edilən səfər qadağasını ləğv etdi”, - məlumatda deyilir.
Livan məhkəməsi Hənnibal Qəddafini əvvəlcədən müəyyən edilmiş 11 milyon dollarlıq girovu ödəməkdən azad edib.