Ru
21:29 / 25 Fevral 2026

Orban Ukraynanın mümkün hücumuna qarşı ordunu hərəkətə keçirdi

Orban Ukraynanın mümkün hücumuna qarşı ordunu hərəkətə keçirdi
Eye

Macarıstanın Baş naziri Viktor Orban Ukraynadan mümkün hücumların qarşısını almaq məqsədilə ölkənin əsas enerji obyektlərinin yaxınlığında hərbçilərin və hərbi texnikanın yerləşdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.

Baş nazirin sözlərinə görə, əlavə olaraq gücləndirilmiş polis qüvvələri elektrik stansiyaları, paylayıcı yarımstansiyalar və idarəetmə mərkəzləri ətrafında patrul xidməti həyata keçirəcək.

V.Orban bildirib ki, Ukrayna ilə sərhədyanı rayonlarda pilotsuz uçuş aparatlarının uçuşuna qadağa tətbiq ediləcək. Bununla yanaşı, hökumət enerji infrastrukturunun mühafizəsini daha da gücləndirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar