Ru
11:05 / 24 Dekabr 2025

Orqan alveri edən qadın Qazaxıstana ekstradisiya edildi – Azərbaycanda da fəaliyyət göstərib

Orqan alveri edən qadın Qazaxıstana ekstradisiya edildi – Azərbaycanda da fəaliyyət göstərib
Eye

İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

Bakupost.az xəbər verir ki, o, 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır. 2025-ci ilin martında o, Polşa sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.

Hazırda şübhəli şəxs istintaq təcridxanasındadır. Onun ittiham olunduğu cinayətlər üzrə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Eyni mütəşəkkil cinayətkar dəstənin 2 üzvü daha əvvəl Türkiyə və Rusiyadan geri qaytarılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar