Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB evinin direktoru dəyişib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bununla bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Qasımbəyov direktor vəzifəsindən azad edilib.
Digər əmrlə, Bakı KOB evinin direktoru vəzifəsinə Yusif Bağırov təyin olunub.