Bir neçə gün əvvəl evində halı pisləşərək xəstəxanaya yerləşdirilən və əməliyyat olunan İbrahim Tatlısəs artıq evə buraxılıb.
Bakupost.az xəbər verir ki, Tatlısəsə “Vəsiyyətinizi düşünmüsüzmü?” sualı verilərkən o, bütün var-dövlətini dövlətə bağışladığını bildirib.
“Dövlətə bağışladım, övladlarıma bir qəpik də yoxdur. Mən hər şeyi özüm qurmuşam, özüm qazanmışam. Lazım gələrsə, hamısını paylayaram”, – deyə o qeyd edib.
Lalə, BakuPost