Pakistan hökuməti Əfqanıstandakı "Taliban" hərəkatı ilə hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlib. Atəşkəs bu gün saat 18:00-da qüvvəyə minəcək və 48 saat davam edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" nəşri Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Pakistan Xarici İşlər Nazirliyi əmin edib ki, tərəflər münaqişənin dialoq vasitəsilə sülh yolu ilə həllinə istiqamətləniblər.