Ru
15:45 / 08 İyun 2026

Pakistanda seçki toqquşması: 11 nəfər öldü

Pakistanda seçki toqquşması: 11 nəfər öldü
Eye

Pakistanın idarə etdiyi Azad Kəşmirdə iyulun 27-nə təyin edilmiş Azad Kəşmir Qanunvericilik Məclisi seçkiləri ərəfəsində yeni yaradılmış Birgə Xalq Fəaliyyət Komitəsi (JAAC) etiraz aksiyası keçirib.

Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, aksiyadan əvvəl JAAC tərəfdarları ilə yerli qüvvələr arasında toqquşmalar baş verib.

Polis və yarımhərbi qüvvələr kütləni dağıtmağa çalışsalar da, buna nail ola bilməyiblər. Etirazçıların polisə atəş açmasından sonra qarşıdurma şiddətli döyüşə çevrilib. Səlahiyyətlilər, 4-ü polis olmaqla, 11 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını bildirib.

JAAC seçkilərdə 45 yerdən 12-nin qaçqınlara ayrılmasına etiraz olaraq əhalini tətilə çağırmışdı. Alyans Kəşmirin yox, Pakistanın digər bölgələrindən olan namizədlərin yarışdığı Azad Kəşmir Qanunvericilik Assambleyasında bu yerlərin ləğvini tələb edir.

Bilal, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar