Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan edib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin iddiasına görə, Ermənistan prezidenti komanda yoldaşlarının şəxsi həyatlarını da nəzarətdə saxlayır:
“Əldə etdiyimiz məlumata görə, o, komanda yoldaşlarına boşanmağı qadağan edib. Bu yaxınlarda komanda yoldaşlarından biri ona belə bir qərar verdiyini, həyat yoldaşından boşanaraq yeni həyata başlamaq istədiyini bildirib. Paşinyan bunu əsas gətirərək komanda yoldaşlarına boşanmağı qadağan edib.
Baş nazir deyib ki, hakim partiyada boşanmaların limiti artıq dolub, daha heç kimin boşanmağa haqqı yoxdur. Paşinyan bunu onunla əsaslandırıb ki, belə hallar hakim komandanın üzvlərini ictimaiyyətin gözündə daha da aşağı salır”.