Ru
09:02 / 13 Noyabr 2025

Tramp hökumətin bağlanmasına son qoyan qanunu imzaladı – Gələn ay nə olacaq?

Tramp hökumətin bağlanmasına son qoyan qanunu imzaladı – Gələn ay nə olacaq?
Eye

ABŞ Prezidenti Donald Tramp ölkə tarixində ən uzun hökumət bağlanmasına son qoyan qanunu imzaladı. Prezidentin Konqresdə qəbul edilən və federal hökumətin yenidən fəaliyyətə başlamasını təmin edən müvəqqəti büdcə sənədinə imza atması ilə 43 gün davam edən bağlanma başa çatıb.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, Donald Tramp Ağ Evdə keçirilən mərasimdə hökumətə yanvarın sonunadək maliyyə təminatı verən büdcə sənədini təsdiqləyib. O, Demokratları hökumətin uzunmüddətli bağlanmasına görə ittiham edərək, “Bu, ölkəmiz üçün əla gündür, artıq yenidən işə qayıda bilərik”, – deyib.

Tramp çıxışında “Obamacare” sisteminin yalnız sığorta şirkətlərinə fayda verdiyini bildirib və həmin vəsaitlərin birbaşa vətəndaşlara ayrılmasını təklif edib. O, həmçinin Konqresdə “filibaster” kimi tanınan, səsverməni uzadan mexanizmin ləğv edilməsinin vacibliyini vurğulayıb.

Müvəqqəti büdcə hökuməti tam maliyyə ili üçün deyil, yalnız bir neçə ay müddətinə maliyyələşdirir. Demokratların bundan sonra da eyni səbəblə yeni bağlanmaya yol aça biləcəyi ehtimal edilir.

Xatırladaq ki, ABŞ-da hökumət Konqresdə büdcə qəbul olunmadığı üçün 1 oktyabrda bağlanmış və 43 gün davam etmişdi. Demokratların geri addımı və tərəflərin razılaşması bağlanmanın başa çatmasına imkan yaradıb.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar