Paşinyan bu dəfə kilsəni hədəf aldı

  • 23 Sen 2019 22:56
  • 448 Baxış
Paşinyan bu dəfə kilsəni hədəf aldı
“Yeni Ermənistan - yeni patriarx” hərəkatının üzvləri dünən Ermənistanda orta əsr monastırı “Makeyats”da toplaşaraq, Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri Katolikos II Qareginin istefasını tələb ediblər.

BakuPost xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

Mərasimə Moskvadan yepiskop Tiran da gəlib, hansı ki, 2000-ci illərdə müqəddəs addan məhrum edilmişdi.

Mərasim zamanı rahib Koryun, Katolikos II Gareginin istefası uğrunda mübarizəni davam etdirmək üçün arximandrit təyin edilib.

Öz növbəsində, Ermənistanın Baş naziri Nikol Paşinyan, üsyançı ruhanilərin Erməni Apostol Kilsəsinə qarşı müharibəsini dəstəkləməyə hazır olduğunu bildirib.

"Hökumətin kilsə işlərinə müdaxilə etməsini istəyirikmi?" Əgər erməni xalqı hökumətin EAK-ın işinə müdaxilə etməsini istəsə, onda hökumət bunun üçün imkanları müzakirə edəcək", -deyə “Krasnaya vesna” xəbər agentliyi N.Paşinyanın sözlərini sitat gətirib.

"Kilsənin daxili həyatına müdaxilə etmədiyimizi bəyan edərkən bəzi din adamları bu hökumətin əvvəlki kimi olmadığını, zəif bir hökumət olduğunu söyləyərək “gəlin, onun altına qazaq” deyirlərsə, çox güclü əks-zərbə alacaqlar – biz onları diz çökdürəcəyik”,-deyə baş nazir əlavə edib.

Yeri gəlmişkən, tarixdə ilk dəfədir ki, Ermənistan rəhbəri "Biz ruhaniləri diz çökdürəcəyik" deyir.

Xatırladaq ki, iyunda "Yeni Ermənistan, yeni patriarx" hərəkatı Yerevanda II Gareginin istefası tələbi ilə etiraz aksiyası təşkil etmişdi. İyunun 11-də isə bütün ermənilərin katolikosu tərəfindən Surb Qriqor Lusavoriç kilsəsinin yaxınlığında keçirilən təyinetmə mərasimində ruhanilərin iştirakı ilə dava baş vermişdi.