Ru
09:54 / 22 Avqust 2025

Paşinyandan Ter-Petrosyana SƏRT MESAJ - Vaxtilə qaçdınız !..

Paşinyandan Ter-Petrosyana SƏRT MESAJ - Vaxtilə qaçdınız !..
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter- Petrosyanı sərt tənqid edib.

Bakupost.az xəbər verir ki, Baş nazir “Facebook” hesabında bu barədə yazıb:

“Hörmətli Levon Ter-Petrosyan, 1996-cı ildə seçkilərin nəticələrindən qaçdınız, 1998-ci ildə hakimiyyətdən qaçdınız, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi nə istədiyinizi başa düşürəm, lakin görünür ki, bu dəfə qaçmaq üçün yer tapa bilmirsiniz. Ehtiyac da yoxdur: sadəcə sakitləşin və Ermənistan Respublikasında bərqərar olmuş dinc həyatdan zövq alın. Hamımıza xoş gün arzulayıram.”

Qeyd edək ki, Ter-Petrosyan avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalara qarşı çıxıb. O, Rusiyanı hərəkətə keçməyə çağırıb.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar