Erməni Kilsəsi dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyət hüququ əsasında istifadə etdiyi torpaq sahələrindən ödənişsiz istifadə hüququndan məhrum edilib.
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.
Qərara əsasən, kilsə həmin torpaq sahələrinə yalnız ödənişsiz istifadə hüququ əsasında sərəncam verə biləcək.
Bundan başqa, hökumət kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətini dayandırıb.
Qərara əsasən, telekanal yanvarın 1-dən ləğv ediləcək.
Bu addım 24 oktyabr 2025-ci il tarixli "Audiovizual Media" haqqında qanuna edilən dəyişikliklə əsaslandırılıb.
Qeyd edək ki, “Şoqakat” telekanalı 2011-ci ilin fevral ayından fəaliyyət göstərirdi.