Ru
13:36 / 25 Dekabr 2025

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı - Video

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı - Video
Eye

Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı süni intellektlə “Səma qurbanları” adlı qısametrajlı film hazırlanıb.

Bakupost.az xəbər verir ki, layihənin rəhbəri Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevadır.

Videomaterialda faciə zamanı həlak olan Azərbaycanın Milli Qəhrəmanları - kapitan pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökümə Əliyeva və sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntüləri yer alıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Sözügedən videonu təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar