Ru
17:19 / 04 Oktyabr 2019

Paşinyandan səfirlərə sərt tənqid - "Nəyə lazımsız?"

2091
"Ermənistan hökumətinin başlıca ağrılı yeri ölkə iqtisadiyyatına sərmayənin cəlb edilməməsidir".

“Past” qəzetinin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan xarici sərmayə cəlb edilmədiyi üçün səfirliklərini tənqid edib.

“Ölkə iqtisadiyyatına vəd edilən sərmayə bunun həcminin reallıqda azalması hakimiyyətin başlıca ağrılı yerlərindəndir. Nikol Paşinyan ABŞ-a səfərindən əvvəl Xarici İşlər Nazirliyində keçirdiyi qapalı toplantıda xarici ölkələrdəki səfirlərini, nazirliyin məsul şəxslərini tənqid edib”, - deyə qəzet vurğulayıb.

O, Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi, Rusiya, ABŞ və Çindəki səfirlərini tənqid edərək onların işindən narazılığını bildirib: “Bu nəhənglərin Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandırmayıbsızsa, onda nəyə lazımsız”.

Nikol Paşinyan səfirlərə cari ilin sonunadək bu istiqamətdə konkret fəaliyyətlə bağlı tapşırıq verib.
(Report)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər