Ru
20:15 / 02 Dekabr 2025

Paşinyanın açıqladığı Qarabağ sənədləri İrəvanda siyasi təlatüm YARATDI

Paşinyanın açıqladığı Qarabağ sənədləri İrəvanda siyasi təlatüm YARATDI
Eye

Azərbaycanla münaqişə üzrə arxiv sənədlərini ictimaiyyətə açan Paşinyan hökuməti Ermənistan daxilində kəskin reaksiyalara səbəb olub.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, keçmiş prezidentlərin komanda üzvləri iddia edirlər ki, təqdim olunan materiallar tam deyil, bəzi mühüm sənədlər isə qəsdən gizlədilib.

Birinci prezidentin müavini Levon Zurabyan bildirib ki, Paşinyan 2019-cu ildə ATƏT-in Minsk Qrupunun təklifi ilə bağlı Ermənistanın rəsmi cavabını dərc etməyib.

Onun sözlərinə görə, ya hökumət ümumiyyətlə cavab verməyib və təklifləri rədd edib, ya da cavab var, amma Paşinyan onu bilərəkdən gizlədir.

Zurabyan deyir ki, həmin sənəd qəbul edilsəydi, müharibə yaşanmazdı, Kəlbəcər və Laçın Ermənistanın nəzarətində saxlanardı, Qarabağ ətrafında beynəlxalq sülhməramlılar yerləşdirilərdi, Azərbaycana veriləcək 5 rayona azərbaycanlı qüvvələrin girişi qadağan olunardı.

Eks-prezident Robert Koçaryanın ofisi isə bildirib ki, Paşinyanın dərc etdiyi sənədlər arasında hökumətə yaxın “Aykakan Jamanak” qəzetinin materialı da “danışıqlar planı” kimi təqdim edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar