Ru
15:45 / 21 Aprel 2026

Paşinyanın qızı ilə bağlı həmin xəbəri kimlər yayıb?

Paşinyanın qızı ilə bağlı həmin xəbəri kimlər yayıb?
Eye

Rusiya mediasında sensasiya kimi təqdim olunan məlumatlar yenidən gündəm olub.


Bakupost.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanla bağlı yayılan iddialara rəsmi reaksiya gecikməyib.


Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlamasında xəbərləri təkzib edərək onları "tamamilə əsassız və uydurma" adlandırıb.


O vurğulayıb ki, bu cür məlumatlar məqsədli şəkildə yayılır və konkret hədəfi var.


“Bu, Baş nazir və ailəsinə qarşı növbəti dezinformasiya dalğasıdır”, – Baqdasaryan qeyd edib.


Xatırladaq ki, bəzi Rusiya KİV-lərində Mariam Paşinyanın dövlət büdcəsindən vəsaitləri qanunsuz olaraq ailə biznesinə yönəltdiyi iddia olunurdu. Rəsmi İrəvan isə bu məlumatların reallıqdan uzaq olduğunu bildirir və onları informasiya manipulyasiyası kimi qiymətləndirir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar