Artıq çəkidən əziyyət çəkən bir çox insan pəhriz saxlaya bilmir.
Ekspertlər isə bildirirlər ki, sağlam qidalanmaq ciddi pəhrizlərdən daha vacibdir. Ancaq sağlam həyat üçün hərəkət çox vacibdir.
Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirəcək və kalori qəbulunun qarşısını alacaq bəzi üsullar var.
Bakupost.az pəhriz saxlamadan arıqlamağın yollarını təqdim edir:
Həzm sisteminizi gücləndirin
Həzm sisteminin düzgün işləməsi arıqlamağı asanlaşdıran ən vacib silahınızdır. Bağırsaqlardakı faydalı bakteriyalar (probiotiklər) və zərərli bakteriyaları qidalandıran qidalar (prebiyotiklər) bədəndən artıq yağların və çəkilərin çıxarılmasını asanlaşdırır, qida maddələrinin udulmasını artırır.
Həzm sisteminizi gücləndirmək üçün probiotik əlavələr qəbul edə və ya kefir, ayran, turşu, qatıq kimi probiotik tərkibli qidaların istifadəsini artıra bilərsiniz.
Daha çox ədviyyat
İdman etmədən arıqlamaq üçün yeməklərinizdə istifadə etdiyiniz ədviyyatları artıra bilərsiniz. Bu ədviyyatlar maddələr mübadiləsini artırır, daha tez toxluq hiss yaradır. Maddələr mübadiləsini sürətləndirmək üçün acı bibər, kəklikotu, rozmarin, zəncəfil, sarıkök, qara zirə kimi ədviyyatlardan istifadə edin.
Aclıq hissinin qarşısını almaq üçün darçın, sarıkök, nanə, rozmarin kimi ədviyyatlardan yararlana bilərsiniz. Yağ yandıran ədviyyatlar isə qara zirə, sarıkök və kəklikotudur.
Daha çox bitki çayı için
İdmansız arıqlamaq üçün ədviyyat kimi bitki çayları da çox təsirlidir. Hər gün bir neçə stəkan müxtəlif bitki çayı içməklə immunitet sisteminizi gücləndirə və arıqlamağı asanlaşdıra bilərsiniz. Kalori qəbulunu və çəkini idarə etməyə imkan verən bitki çayları düzgün qəbul edildikdə çox təsirli olur.
Bitki çayları maddələr mübadiləsini sürətləndirir, həzmi asanlaşdırır və toxluq hissi yaradır.
Bitki çaylarından itburnu, kəklikotu, yaşıl, zəncəfil çayı, ağ çay, jenşendən istifadə edə bilərsiniz.
Daha çox su için
Su içmək arıqlamaq üçün birbaşa təsirli olmasa da, gündə 2 litrdən az su içmək maddələr mübadiləsinin işinə zərər verir və arıqlamağınıza mane olur. Metabolizmanızın düzgün işləməsi üçün suya ehtiyac var
Çox vaxt susuzluq aclıqla qarışdırılır. Yemək yediyinizə baxmayaraq aclıq hiss edirsinizsə, su qəbuluna nəzarət etməlisiniz.
Hər gün alma yeyin
Alma pəhriz və arıqlama simvoldur, təbii ki, bunun bir səbəbi var. Araşdırmalar göstərir ki, hər gün alma yemək arıqlamağa kömək edir. Ayda əlavə 1-2 kilo arıqlamaq üçün hər gün alma yeyə bilərsiniz.
Alma aşağı kalorili və kifayət qədər yüksək liflidir. O, qarın yağını yandırmağa və iştahanı azaltmağa kömək edə bilən sağlam flavonoidlər və liflə zəngindir.
Vanil qoxlayın
Bəzi aromaterapiya qoxuları sizi tox hiss etdirə bilər. Pəhriz və idman etmədən arıqlamaq üçün vanil qoxusundan istifadə edə bilərsiniz. Araşdırmalar göstərir ki, müəyyən qoxuları olan ekstraktlar artıq çəkili insanlarda iştahasını və xüsusilə şirniyyata olan ehtiyacı azaldır.
Evinizə təbii vanil qoxusu qoyun.
Otaq temperaturunu azaldın
Gecələr yatdığınız otağın temperaturunu aşağı etmək, daha keyfiyyətli yuxu almağa imkan verəcək. Daimi yuxu sistemi arıqlamaq üçün düşündüyünüzdən daha vacibdir. Odur ki, qaranlıq, sərin bir mühitdə təxminən 8 saat yatmağa diqqət edin.
Yeməkdən əvvəl şüyüd yeyin
Şüyüd tox qalmaq üçün əla vasitədir. Yeməkdən əvvəl bir neçə ədəd təzə şüyüd yemək daha az kalori almağınıza imkan verəcək.
Şüyüd yarpaqları qida və antioksidantlarla doludur. Çox az kalorili olduğundan, arıqlamağa kömək edə bilər. Həmçinin pis xolesterinlə birlikdə bədənimizdəki trigliserid səviyyələrini aşağı salmağa kömək edər.
Aygün
BakuPost