Xaçmaz rayonunda 52 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Bakupost.az xəbər verir ki, hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib.
Rayonun Köhnə-Xaçmaz kənd sakini, 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub.
Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.