Ru
13:57 / 18 May 2026

PKK-nın parçalanması sürətlənir: Suriya qolu Öcalanı dinləmir

PKK-nın parçalanması sürətlənir: Suriya qolu Öcalanı dinləmir
Eye

PKK terror təşkilatının Suriya qanadı olan Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Abdi və təşkilatın xarici əlaqələr üzrə koordinatoru Əhməd bu ilin mart ayında Mərmərə dənizindəki İmralı adasında ömürlük həbs cəzası çəkən Abdullah Öcalanla görüşüblər.

Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, görüş Türkiyə kəşfiyyatı tərəfindən təşkil edilib.

İddialara görə, görüş zamanı Öcalan Məzlum Abdini "kəskin şəkildə danlayıb" və bildirib ki, onu yalnız təşkilatı dağıdıb Suriyaya inteqrasiya etsə, xilas edə biləcək.

Bu açıqlama onu göstərir ki, PKK terror təşkilatı və onun Suriya qolları arasında kəskin ziddiyyətlər var. Bu həm də o anlama gəlir ki, bir çox hallarda terrorçu qruplaşma liderləri Öcalanın dediklərinə əməl etmirlər.

Siyasi şərhçi Tural Rzayev Bakupost.az-a bildirib ki, indiki halda Abdullah Öcalanın PKK-ya nəzarəti zəifdir:

“Onun PKK üzərində nəzarəti müəyyən qədər şişirdilir. Hər nə qədər təşkilat mərkəzdən idarə olunan təşkilat kimi görünsə də, 20 ildən çoxdur həbsdə olan Öcalanın prosesə tam nəzarəti mümkün deyil. Ona görə də Öcalanın bəzi hallarda verdiyi göstəriş və qərarlar heç də bütün qruplaşmalar tərəfindən icra olunmur. Bu mənzərəni İraqda da, Türkiyədə də gördük”.

Həmsöhbətimiz deyir ki, Suriyadakı PYD qruplaşmasının rəsmi Dəməşqlə müəyyən dərəcədə dil tapıb. Həmçinin ABŞ, Böyük Britaniya, Almaniya və Fransa kimi güclərin əlinə oynayır. Qarşılığında isə müəyyən dərəcədə beynəlxalq dəstək alır:

“Suriya hakimiyyəti də onların bəzi nümayəndələrini orduya, Müafiə Nazirliyi və polisə cəlb edib. Belə bir şəraitdə onlar Dəməşqin rəhbərliyi altında olsa da, bəlli bir gücə sahib olurlar. Bütün bunları nəzərə aldıqda PKK-nın Suriya qolunun Öcalanın təkliflərini icra edəcəkləri real görünmür”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar