Ru
20:45 / 14 Oktyabr 2025

Polkovnikin çevriliş etdiyi ölkədə son durum: Bütün qurumlar LƏĞV EDİLDİ

Polkovnikin çevriliş etdiyi ölkədə son durum: Bütün qurumlar LƏĞV EDİLDİ
Eye

Madaqaskarda hakimiyyəti ələ keçirmiş hərbi qrup Konstitusiyanın fəaliyyətini dayandırdığını və keçid hakimiyyətinin formalaşdığını elan edib.

Bakupost.az xəbər verir ki, Ordunun Şəxsi İdarəetmə Korpusunun (CAPSAT) nümayəndəsi polkovnik Maykl Randrianarina başda olmaqla hərbçilər Antananarivonun mərkəzindəki keçmiş prezidentin iqamətgahı olan Ambuxitsuruxitra sarayını zəbt ediblər.

Saraydan milli radioda çıxış edən Randrianarina ölkənin 11 dekabr 2010-cu il tarixli hazırkı Konstitusiyasının fəaliyyətinin dayandırıldığını və keçid hakimiyyəti orqanlarının yaradıldığını açıqlayıb. Senat (parlamentin yuxarı palatası) və Ali Konstitusiya Məhkəməsinin də fəaliyyəti dayandırılıb. Yalnız Milli Assambleya (parlamentin aşağı palatası) fəaliyyətini davam etdirəcək. Polkovnik bildirib ki, bu addımlar xalqın demokratiyanın bərpası tələblərinə cavab olaraq həyata keçirilir.

Tezliklə Konstitusiya referendumu və yeni ümumi seçkilər elan ediləcək.

Həmçinin Maykl Randrianira yeni seçkilərin keçirilməsinə qədər iki il davam edəcək keçid dövrünün başladığını bəyan edib.

Qiyamçı polkovnik bundan əvvəl keçmiş hökumətin təsis etdiyi bütün idarəetmə qurumlarının ləğv olunduğunu söyləmişdi.

Xatırladaq ki, bundan əvvəl Milli Assambleya ölkə prezidenti Andri Radzuelinanın vəzifəsindən kənarlaşdırıldığını açıqlayıb.

Randrianarina yüksək vəzifələrə bütün təyinatların edildiyi Madaqaskar Silahlı Qüvvələrinin komandanlıq orqanı olan Quru Qoşunlarının Personal İdarəetmə Korpusunu (CAPSAT) təmsil edən etirazçılara dəstək verən bir qrup hərbi zabiti təmsil edir. 2009-cu ildə məhz bu qurumun dəstəyi Andri Radzuelinanı hakimiyyətə gətirmişdi. O, həmin vaxt müxalifətin lideri olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar