Ru
15:56 / 11 Sentyabr 2025

Polşa Belarusla sərhədi bağladı

Polşa Belarusla sərhədi bağladı
Eye

Polşa-Belarus sərhədi qeyri-müəyyən müddətə bağlanacaq, tədbir “Qərb-2025” təlimlərinin tarixlərilə bağlı deyil.

Bakupost.az xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Marçin Kervinski deyib.

“Qeyd etmək istəyirəm ki, bu, “Qərb-2025” təlimləri zamanı sərhədin müvəqqəti bağlanması deyil. Sərhəd qeyri-müəyyən müddətə bağlıdır və yalnız tam təhlükəsizlik təmin edildikdə açılacaq”, - o bildirib.

Xatırladaq ki, sentyabrın 9-da Polşanın Baş naziri Donald Tusk “Qərb-2025” təlimlərinin başlaması ilə əlaqədar sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədin bağlanacağını elan etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar