Polşada Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik edilib.
"BakuPost" xəbər verir ki, sözügedən kadrlar Elnur İbişov adlı sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb.
Videodan görünür ki, Polşada satışa çıxarılan və üzərində dünya ölkələrinin bayraqları əks olunan tədris lövhəsində ləğv olunmuş qondarma "Dağlıq Qarabağ" rejiminin ərazisi və bayrağı ayrı bir subyekt kimi təqdim edilib.
Təhsil vasitəsində təkcə Qarabağla bağlı deyil, digər ölkələrin ərazilərlə bağlı da ciddi təhriflərə yol verilib; belə ki, lövhədə "Adzaria" (Acarıstan) kimi inzibati bölgələr də müstəqil subyekt kimi göstərilib.
Azərbaycanın suveren ərazilərinə qarşı yönəlmiş bu məhsulun Polşa mağazalarında satılması sosial şəbəkələrdə soydaşlarımızın haqlı etirazına və narazılığına səbəb olub.
Günel,
BakuPost