Ru
14:39 / 27 Dekabr 2025

Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı

Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı
Eye

Ukraynada baş verən münaqişədə artan hücumlar səbəbindən Polşanın Jeşuv və Lyublin şəhərlərindəki hava limanları uçuşları dayandırıb.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Hava Naviqasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Polşa hərbi təyyarələrinin sərbəst hərəkətini təmin etmək üçün belə addım atılıb.

Bu qərarın elan olunmasından təxminən bir saat əvvəl Polşa Silahlı Qüvvələri yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərinin döyüş hazırlığına gətirildiyini bəyan edib.

Bildirilib ki, əməliyyat profilaktik xarakter daşıyır və Polşa hava məkanının təhlükəsizliyini və mühafizəsini təmin etməyə yönəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar