2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları mükafatlandırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Vəkil Günü peşə bayramı münasibətilə keçirilən mərasimdə elan olunub.
Qeyd edilib ki, il ərzində cinayət işləri üzrə ən çox – 5 bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad Nəsrəddin oğlu “İlin vəkili”, Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə "Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu”, il ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil komitəsi”, VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi “İlin vəkil komitəsi” və il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq oğlu isə “İlin təlimçi vəkili” elan olunub.