Ru
14:35 / 27 Dekabr 2025

Qurban Qurbanov onun satılmasını istəmir

Qurban Qurbanov onun satılmasını istəmir
Eye

"Qarabağ” adı Braziliyanın "Vitoriya” klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

Bakupost.az Futbolpress.az-a istinadla xəbər verir ki, "atlılar” 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir.

Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.

"Sambaçı"ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən "Vitoriya” "Qarabağ"la rəsmi təmasa keçməyib.

Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın "Lokomotiv” klubundan "Qarabağ"a keçib.

O, bu mövsüm 23 oyunda 1 qol vurub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar